"Səbail"in halına vay!

24 Oktyabr 2022 15:00 Səbail 1 930
"Səbail"in halına vay!

11 tura 10 xal toplayan «Səbail» normalda 7-ci pillədə məskən salmamalı idi.

Bu komanda azından «Qəbələ»nin yerində - 5-ci sırada olmalıydı.

İstər heyət, istər maliyyə cəhətdən çempionatın ən imkanlı 5 iştirakçısından biri olduğu üçün.

Bu komanda ona görə yuxarı pillələrdən uzaq düşüb ki, özündən zəiflərə durmadan xal paylayır. Boş-boşuna.

Mahmud Qurbanov çalışır, düzdür. Lakin o, «Səbail»i heç cür toparlaya bilmir.

Oyun intizamının olması, yaranması və inkişafı ilk növbədə futbolçuların özləri, həmçinin komanda qarşısında götürdükləri məsuliyyətdən asılıdır.

Qurbanov hər cür cəza tədbirinə əl atır, yüksək cərimələr kəsir, di gəl, intizam məsələsində istədiyi nəticələri əldə etmir.

Tural Bayramlının aldığı qırmızı vərəqəni qətiyyən ona bağışlamaq olmaz.

Mahmud Qurbanov burada çalışdığı müddətdə bir daha Turala meydan verərsə, mən özüm onun məşqçi perspektivindən bir daha söz açmayacam.

Bu söhbəti yığışdırıb qoyacam sandığın bir küncünə. Bayramlının yeri zavod çempionatıdır, Premyer Liqanı belə futbolçuların oylağına çevirən «Səbail»in halına vay!

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti