Qurbanov meydanda tək-tənha qalarsa… Yetərsiz artım

17 Oktyabr 2022 17:40 Səbail 807
Qurbanov meydanda tək-tənha qalarsa… Yetərsiz artım

İlk həftələrdəki «Səbail»lə ikinci dövrəyə başlayan «Səbail» arasında fərq var.

Böyük olmasa da, hər halda müəyyən fərq hiss olunur.

Mahmud Qurbanov tədricən komandaya özünü qəbul etdirir. Proses yavaş-yavaş gedir, ağrılı gedir, amma gedir.

Yəqin ki, 4 aydan artıqdır iş başında olan məşqçi bunu gözləmirdi, inseativi daha tez götürəcəyini proqnozlaşdırırdı.

Bəlkə də bilmirdi ki, onu burada kimlər, nələr gözləyir. Köməkçilərinin məsləhəti və məşvərəti ilə aldırdığı legionerlər Qurbanovun üzünü güldürmədi.

Həmin bu legionerlərdən neçəsi əvəzedici heyətdə topun arxasınca qaçır, neçəsi ehtiyat skamyada soyuqdan üşüyür.

Müxtəlif cəza tədbirləri ilə yerlilərə və əcnəbilərə öz hökmünü yeridən Mahmud Qurbanov məqsədinə hardasa çatıb.

Çempionatın əvvəlindəki «Səbail» diri oynamırdı, indi oynayır.

Əvvəl qol vura bilmirdilər, indi vura bilirlər.

Əvvəl tez təslim olurdular, indi təslim olmurlar.

Əvvəl oyunu çevirməyə cəhd göstərmirdilər, indi göstərirlər.

Dediyim kimi, dəyişiklik, irəliləyiş və artım var. Amma bunlar kifayətdimi? Avrokuboklara iddia etməyən «Turan»a Tovuzda qalib gəlmirlərsə, hə, önə doğru atılan addımların sayı yetərsizdir.

Baş məşqçi tək-tənha qalanda, yaxın çevrədən, rəhbərlikdən dəstək görməyəndə, əlbəttə, daha nə olmalıdır ki...

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti