Tovuzda 2 dəfə məğlubiyyətdən qaçan "dənizçilər" - FOTOREPORTAJ

17 Oktyabr 2022 03:30 Səbail 602
Tovuzda 2 dəfə məğlubiyyətdən qaçan "dənizçilər" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" evdə "Səbail"lə qarşılaşıb.

Tovuz şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İlk qolu 9-cu dəqiqədə meydan sahibləri vurub. Komandanın ən sərrast futbolçusu Runi Eva penaltini dəqiq yerinə yetirib.

3 dəqiqə sonra Franko Mazurek baxımlı qolla hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Henri Okebuqvu Tovuz təmsilçisini yenidən önə keçirib.

Görüşdə son nöqtəni isə 54-cü dəqiqədə qonaqlardan Ağabala Ramazanov qoyub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Turan Tovuz" 6-cı pillədəki mövqeyini qoruyub. 9 xalı olan "Səbail" isə 7-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti