Emil Balayevin halı necədir?

11 Oktyabr 2022 02:40 Səbail 1 048
Emil Balayevin halı necədir?

Premyer Liqanın 9-cu turunda "Sumqayıt"la görüşdə zədələnərək oyunu yarımçıq başa vuran Emil Balayev tibbi müayinədən keçib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiperin zədəsi ciddi deyil.

"Sumqayıt"la matçın 75-ci dəqiqəsində əvəzlənən Balayev növbəti turda komandasının qapısını qoruya biləcək.

Balayevin ölkə çempionatının 10-cu turunun "Turan-Tovuz"la səfər görüşündə meydana çıxacağı ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti