Qeyri-sabit mövsüm keçirən “Səbail” uğursuz gedişata son verə bildi.
“Dənizçilər” Premyer Liqanın ilk dövrəsinin başlanış həftəsində “Sumqayıt”I qəbul etdi və 1:0 hesablı qələbəyə sevindi.
Turan Manafovun 38-ci dəqiqədə vurduğu qol Bayıl təmsilçisinə 3 xal qazandırdı. Eyni zamanda, yaxşı mükafat.
Belə ki, “Xəzər Dəniz Gəmiçiliyi” baş sponsor olduğu komandaya böyük məbləğdə “ənam” verib. Əsas heyətdə meydana çıxanların hər birinə 2000 manat ödənilib.
SPORTİNFO.AZ

