Bu klubun rəhbəriliyi həqiqətən Qurbanova inanırsa…

10 Oktyabr 2022 15:00 Səbail 953
Bu klubun rəhbəriliyi həqiqətən Qurbanova inanırsa…

Mahmud Qurbanovlu «Səbail» Premyer Liqada ilk dövrəni arxada qoydu.

Tuurların sayı qədər xal yığıblar. Hər həftə meydana fərqli heyətlə çıxmaqla.

İlk «onbirlik» stabil deyilsə, şübhəsiz, nəticələrdən də sabitlik gözləməyə dəyməz.

Bunlar bir-biri ilə üzvi bağlıdır. Biri olmadısa, digəri də olmaz.

Baş məşqçi rotasiyaya məcburiyyətdən əl atmayıb. Zədəli və cəzalı futbolçuların çoxluğundan da əziyyət çəkmir.

Problem yanlış seleksiyadadır, köhnə və yeni futbolçular arasında balansın yaradılmamasıdır. Üstəlik, Qurbanovun köməkçiləri də çoxluqla yola getmir, tez-tez mübahisə düşür.

Klub rəhbərliyi baş məşqçinin arxasında dayanmalıdır. Aftandil Hacıyevə o dəstəyi vermədilər, ən ağır şərtlər altında işlətdilər, bunu Mahmud Qurbanovap etməsinlər barı.

Vaxt versinlər, o da seleksiyadakı səhvləri aradan qaldırsın, ab-havanı nizama salsın, hər kəsi öz yerində əyləşdirsin.

Futbolçu baxsa ki rəhbər baş məşqçinin arxasındadır, özünü yığışdırar, dilini dinc saxlayar, hər yerə burnunu soxmaz, qorxar.

Onun canı puldadır.

Cərimələnəcəyini, kənara atılacağını gözünün altına alan oyunçu bir də başını yuxarı qaldırmaz.

Rauf Vəliyev və əhatəsindəkilər bu güvəni Mahmud Qurbanova verməlidir, arada söz gəzdirənləri, paçhapıç salanları eşiyə atmalıdır.

Təbii, bu baş məşqçi ilə uğur qazanmaq istəyində səmimi və ciddidirlərsə.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti