Klubun baş sponsoru Qurbanovu istefaya göndərmək fikrində deyil - SON DURUM

9 Oktyabr 2022 14:20 Səbail 1 829
Klubun baş sponsoru Qurbanovu istefaya göndərmək fikrində deyil - SON DURUM

«Xəzər Gəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»in baş məşqçisi Mahmud Qurbanova öz dəstəyini nümayiş etdirib.

O, ASCO-nun baş sponsoru olduğu klubun yeni çalışdırıcısına inandığını göstərib.

Premyer Liqanın ilk dövrəsində 8 xal toplayan komandanın avrokuboklar uğrunda mübarizəyə qoşulacağını güman eləyən R.Vəliyev klubun gündəminə həsr olunmuş toplantıda Qurbanovun nəticələri yaxşılaşdırmasını gözlədiyini bildirib.

R.Vəliyev baş məşqçinin tezliklə istefaya göndəriləcəyi yönündə yayılan xəbərləri yalanlayıb, minimum qış fasiləsinədək heç bir dəyişiklik olmayacağını vurğulayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti