«Səbail»in baş məşqçisi Mahmud Qurbanov daha bir legioneri əvəzedici heyətə «sürgün edib».
Bu dəfə Qustavo de Fransa onun «qara siyahı»sına düşüb.
Əslində, buna səbəbkar braziliyalı müdafiəçinin özüdür.
Belə ki, cənubi amerikalı Premyer Liqanın 8-ci turu çərçiəvsində «Qəbələ» ilə keçirilən ev oyununda 2 sarı vərəqə alaraq, 44-cü dəqiqədə meydanı tərk edib və bununla komandanı pis vəziyyətdə buraxıb.
Qarşılaşmanın 1:2 hesablı məğlubiyyətlə bitməsi «sambaçı»nın sərt cəzalanmasıyla nəticələnib. Odur ki, Qustavo uqandalı hücumçu Luvaqa Kizito və argentinalı müdafiəçi Fakundo Kordozodan sonra «dubl»un yolunu tutmalı olub.
SPORTİNFO.AZ

