Premyer Liqa klubu öz eyibinə necə kor olur? - FOTOLAR

2 Oktyabr 2022 19:40 Səbail 921
Premyer Liqa klubu öz eyibinə necə kor olur? - FOTOLAR

"Səbail" "Qəbələ" ilə oyundan öncə öz sosial şəbəkə hesabından ötən mövsüm İbrahim Aslanlının bölgə klubuna vurduğu möhtəşəm qolu videosun paylaşıb.

Səhifə admini postu "Qəbələ" ilə oyun ərəfəsində bu qol və Ramiz Mirzəzadədən bu emosiya! Sabah təkrarlanmasını istəyirik!" başlığı ilə izləyiciləri üçün bölüşüb.

Amma videodakı səsdən açıq-aşkar seçmək olur ki, şərhçi "CBC Sport"un əməkdaşı Ramiz yox, onun digər həmkarı Nurlan Valehoğludur.

Yanlışlığa bir söz demirik. Ola bilər admin səsləri qarışıq salıb. Hamımızın edə biləcəyi səhvdir. Amma problem ondadır ki, şərhlərdə adminə xəbərdarlıq edilib ki, şərhçi Ramiz Mirzəzadə yox, Nurlan Valehoğludur.

Ancaq qəribəsi odur ki, iraddan iki gün keçməsinə baxmayaraq nöqsan hələ də aradan qaldırılmayıb. Ya klubun sosial hesablarına normal nəzarət yoxdur, ya da izləyicinin haqlı iradı heç sayılır.

Lakin ən azından belə məqamda adminin öz səhvinə kor olması mütləq vacib idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"