Qurbanovun uğursuzluğuna ilk sevinənlər kimlərdi? - FOTO FAKT

3 Oktyabr 2022 23:40 Səbail 3 287
Qurbanovun uğursuzluğuna ilk sevinənlər kimlərdi? - FOTO FAKT

“Səbail” mövsümdə 5-ci məğlubiyyətini 8-ci turda yaşadı. Komanda doğma meydanda "Qəbələ"yə təslim oldu - 1:2.

Təbii ki, uğursuzluğa sevinənlər arasında baş məşqçi Mahmud Qurbanovun “qara siyahı”sına düşənlər ön sıradadır.

Məsələn, “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev kimi.
Təcrübəli oyunçu matç başa çatar-çatmaz Bayıl təmsilçisinin rəsmi “feysbuk” hesabındakı oyunun yekun nəticəsini əks etdirən paylaşımı bəyənib.

Bu, Nağıyevin ilk belə addımı deyil. Ondan sabiq komandasının əvvəlki məğlubiyyətlərinə də bəyənmə gəlib.

Hər halda buna xoş niyyət donu geyindirmək mümkün deyil. Məsələn, "Kəpəz" üzərində qələbənin (4:1) olduğu matçın yekun nəticəsini əks etdirən paylaşımda onun varlığı hiss olunmayıb.

Çünki təcrübəli oyunçu mövsümün başlamasına 1 həftə qalmış gənc mütəxəssislə qalmaqal yaşamışdı.

Öncə əvəzedici heyətə göndərilən oyunçu, yekundə "Şamaxı"dan gələn təklifi dəyərləndirmişdi. Hazırda da Bayıl təmsilçisi ilə iki illik müqaviləsi olan Nağıyev bölgə klubunda icarədədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!