Qurbanov istefaya göndərilməkdən qorxmur, amma… Yararsız legionerləri bura kim gətirib?

1 Oktyabr 2022 21:20 Səbail 1 811
Qurbanov istefaya göndərilməkdən qorxmur, amma… Yararsız legionerləri bura kim gətirib?

Mövsümün üçüncü istefa xəbərini «Səbail»dən gözləyənlər yanılır.

Yaşar Vahabzadə və Aleksey Baqadan sonra növbənin Mahmud Qurbanova çatmasını proqnozlaşdıranlar hadisələrin axarını düzgün hesablaya bilməyənlərdir.

Qurbanov o qədər arxayın və rahatdır ki…

İstefa barədə qətiyyən heç nə fikirləşmir, ağlının ucundan da keçirmir bunu. İçində belə bir xof olşan, təlaş keçirən baş məşqçi əsas heyətdə köklü dəyişiklik etməz, aparıcı legionerləri ehtiyat skamyada, tribunada saxlamaz.

Emil Martinovala Luvaqa Kizitonun adını iştirak ərizəsinə daxil etməyən, Federiko Kordozonu 90 dəqiqə gözlədən Mahmud Qurbanov bununla bütün əleyhdarlarına, VİP-lojada əyləşib onun haqda nə gəldi danışan rəsmilərə mesaj verdi - Siz işinizdə olum, istefaya göndərilsəm də, göndərilməsəm də, mən düz bildiyim prinsiplərdən imtina etməyəcəm, ondan bir addım da geri çəkilməyəcəm.

Mahmud Qurbanova görə legioner yerlidən ən azı birbaş üstün oynamalı, komandanı öz arxasınca aparmalı, qələbədən qələbəyə daşımalıdır.

Doğru yanaşmadır.

Düz fikirləşir ki, futbolçu müqaviləyə qol çəkibsə, maliyyə öhdəlikləri yerinə yetirilirsə, o, əlindən gələni beş qaba çəkməli, uğur naminə özünü fəda etməlidir.

Burası belə, hər şey vizual olaraq aydındır. Bəs bu legionerləri bura kim gətirib?Seçim zamanı hansı keyfiyyətdə olmaları niyə araşdırılmayıb?

Sadəcə, oyun görüntülərini izləməklə transfer etmək dövrü çoxdan tarixə qovuşub e! Premyer Liqa standartlarına görə normal pullar ödənilib onlara.

Az para verilməyib ki, deyək, ucuz ətin şorbası olmaz. Bir elə məbləğ alıblar, xasiyyətləri, klubun iddiasına bab gəlib-gəlmədikləri öyrənilməli idi.

Baş məşqçinin köməkçiləri hara baxıb, niyə baxıb? Fikirləri kimin və nəyin yanında olub?

Mahmud Qurbanov pis futbol oynatmır. Aqressiv mübarizə var. Oyunu meydanın rəqibə aid hissəsində keçirmək istəyi var.

Uduzmamaq niyyətləri də var, amma uduzurlar. «Qəbələ»yə məğlubiyyət artıq beşinci oldu. İcraçıların yanlış seçilməsidir bunun səbəbi.

Elə həftə olmur ki, hansısa futbolçunun qəzəbə tuş gəlməsi barədə xəbərlər mediaya sızmasın. Düşərgədən əskik olmayan qalmaqalların, cəza tədbirlərinin kökündə də səhv transferlər dayanır.

Yerlisi belə, əcnəbisi belə.

Deməli, onlarla çalışması modeli dəyişməlidir. Əksi halda, hamısı xalçanın altına süpürülməlidir. Deyəsən, Mahmud Qurbanov bunu da edəcək.

Nədənsə çəkinmir. «Ya mən deyən olacaq, ya da mən deyən olacaq» - baş məşqçinin simasından, sözündən, əməlindən yalnız bu oxunur.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti