Bu legionerlər hansı hərəkətlərinə görə azərbaycanlı baş məşqçini qəzəbləndirib?

30 Sentyabr 2022 17:00 Səbail 896
Bu legionerlər hansı hərəkətlərinə görə azərbaycanlı baş məşqçini qəzəbləndirib?

Daha öncə xəbər verdiyimiz kimi, “Səbail”in baş məşqçisi Mahmud Qurbanov 2 legionerin “qələmini qırıb”.

Bunlar Fakundo Kardozo ilə Luvaqa Kizitodur.

Argentinalı müdafiəçi ilə uqandalı hücumçu daxili nizam-intizam qaydalarını pozduğu üçün əsas komandadan uzaqlaşdırılıb.

Onların baş məşqçinin qəzəbinə tuş gəlməsinin səbəbi də artıq bizə məlumdur. Fakundo Kardozo hazırlıq prosesinon gedişində ona irad bildirən Qurbanovun köməkçisinə cavab qaytarıb.

Luqava Kizito isə dəfələrlə xəbərdarlıq olunmasına rəğmən, son məşq proseslərinə həvəssiz yanaşıb

Məşq prosesinə xələl gətirən əcnəbi futbolçular hələ bir müddət əvəzedici heyətdə çıxış edəcək. Hər ikisi baş məşqçinin qərarı ilə böyük məbləğdə cərimələnib.

Kardozo və Kizito artıq əvəzedici heyətdə meydana çıxıb. Cütlük I Divizionun 5-ci ruru çərçivəsində “Qarabağ-2” ilə keçirlən qarşılaşmada (2:1) forma geyinib.

Argentinalı ilk hissədə şans qazanıb və fasilədə Kənan Quliyevlə əvəzlənib. 56-cı dəqiqədə hesabı “dənizçilər”in xeyrinə dəyişən uaqndalı forvard 1 dəqiqə sonar öz yerini Vidadi Cəfərova verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"