Qurbanov 2 futbolçunu cərimələdi və komandadan uzaqlaşdırdı

27 Sentyabr 2022 14:40 Səbail 7 762
Qurbanov 2 futbolçunu cərimələdi və komandadan uzaqlaşdırdı

«Səbail»in baş məşqçisi Mahmud Qurbanov 2 legionerin «qələmini qırıb».

Bunlar Fakundo Kardozo ilə Luvaqa Kizitodur.

Argentinalı müdafiəçi ilə uqandalı hücumçu daxili nizam-intizam qaydalarını pozduğu üçün əsas komandadan uzaqlaşdırılıb.

Məşq prosesinə xələl gətirən əcnəbi futbolçular hələ bir müddət əvəzedici heyətdə çıxış edəcək. Hər ikisi baş məşqçinin qərarı ilə böyük məbləğdə cərimələnib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti