Afrikalı hücumçudan azərbaycanlı şəhidlərə görə təsirli paylaşım - FOTO

17 Sentyabr 2022 20:40 Səbail 1 175
Afrikalı hücumçudan azərbaycanlı şəhidlərə görə təsirli paylaşım - FOTO

Son günlər cəbhə bölgəsində atəşkəsin pozulması və Azərbaycanın 71 şəhdi verməsi ölkəmizdə top qovan legioner futbolçuların da diqqət mərkəzindədir.

Bu günə qədər “Qarabağ”ın bir necə əcnəbi oyunçusu məlum hadisəylə bağlı paylaşım edib, şəhidlərə Allahdan rəhmət diləyib, yaşananlara görə məyusluğunu ifadə edib.

Bu dəfə “Səbail”in afrikalı legioneri Qarabağdakı döyüşlərə reaksiya verib.

Qoba Zakpa Azərbaycan bayrağının fonundakı şəklini paylaşaraq “Şəhidlər ölməz, vətən bölünməz” yazıb, vətənə görə canından keçən oğullara Allahdan rəhmət diləyib.

Fil Dişi Sahilindən olan Qoba uzun illər Portuqaliyada çıxış edib. Hücumçu cari mövsümdə “dənizçilər”in formasında 6 oyunda 487 dəqiqə oynayıb və 1 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti