Diniyev "Neftçi"yə məğlubiyyəti gözləyir – Qohumu onu bu kluba gətirməyə çalışır

16 Sentyabr 2022 14:40 Səbail 1 996
Diniyev "Neftçi"yə məğlubiyyəti gözləyir – Qohumu onu bu kluba gətirməyə çalışır

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

15 xalla 2-ci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq.

İki komanda indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıb.

Bunların 14-də "ağ-qaralar", 2-də "dənizçilər" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin aşkar üstünlüyü var - 41:11.

“Neftçi” son 8 görüşdə qalib gəlib. “Səbail” ardıcıl 12 qarşılaşmada qələbə qazana bilməyib. Ötən tur Bayılda «Zirə»yə 1:2 hesabıyla uduzan «dənizçilər» bu gün də meydandan məğlub ayrılsa…

Mahmud Qurbanov istefaya doğru son addımlarından birini atmaq məcburiyyətində qalacaq.

Klubun idman direktoru Fərəc Əliyev və onun çevrəsinə daxil olan fiqurantlar mayda görəvə gəlmiş baş məşqçini vəzifəsindən uzaqlaşdırmaq üçün əlindən gələni əsirgəmir.

Qurbanovu sözəbaxan olmadığı üçün xoşlamayan rəsmilər baş sponsor – «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevi inandırmağa çalışır ki, nə qədər gec deyil, komandanı başqa bir mütəxəssisə tapşırmaq lazımdır.

Avrokuboklara vəsiqə iddiası ilə yayda büdcəni artıran, xeyli transferlər edən, bu məqsədlə yüksək maaşlar ödəməyə başlayan Bayıl təmsilçisini çalışdırmağa ən real namizəd Şahin Diniyevdir.

2017-ci ildə yaşanan məlum qalmaqal üzündən «Kəpəz»dən ayrılan, o vaxtdan bəri bir gözü «Səbail»də qalan çalışdırıcı indi iki tərəfdən dəstəklənir.

Məşqçilər Komitəsinin üzvü kimi AFFA-nın xeyir-duasını alan Diniyevin gəlişini ASCO-da da istəyən var. Həmin şəxs R.Vəliyevin köməkçilərindən biridir.

O, adıçəkilən məşqçinin yaxın qohumlarındandır və klubla bağlı müzakirələrdə dəfələrlə Diniyevin namizədliyini gündəmə gətirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti