“Zirə” üzərində qələbəyə böyük məbləğdə mükafat VƏD OLUNDU

7 Sentyabr 2022 22:20 Səbail 1 512
“Zirə” üzərində qələbəyə böyük məbləğdə mükafat VƏD OLUNDU

Həftəsonu Premyer Liqada 6-cı turun oyunları keçiriləcək.

Son 2 həftədə 4 xal toplayan və bununla uğursuzluq zolağından çıxan “Səbail” Bayılda “Zirə”ni qəbul edəcək.

“Dənizçilər” sentyabrın 10-da baş tutacaq qarşılaşmaya ikiqat əzmlə hazırlaşır.

Çünki klub rəhbərliyi 3 xal qazanacaq kollektivə böyük mükafat vəd edib. Vəzifə icra olunarsa, hər bir futbolçuya 3000 manat ödəniləcək.

“Kəpəz” üzərində 4:1-lik qələbənin “Səbail”lilərə 1500 manat, “Sabah”la qolsuz heç-heçənin 1000 manat qazandırdığını yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"