"Neftçi"nin yetirməsinin gecikən xeyir axtarışı

6 Sentyabr 2022 19:40 Səbail 1 339
"Neftçi"nin yetirməsinin gecikən xeyir axtarışı

Mirabdulla Abbasov uzun çək-çevirdən sonra "Neftçi"dən ayrıldı. Klubla qarşılıqlı razılıq əldə edən oyunçunun müqaviləsinə xitam verildi.

Elə ən doğrusu da bu idi.

Əgər bir yerdə səni istəmirlərsə orada israrla qalmağın adı nə idi?

Mirabdullanın qələmi "Neftçi" nə az, nə çox 8 ay əvvəl qırılmışdı. Sabiq baş məşqçi Samir Abasov tərəfindən. Öncə forvarda şans verməyən çalışdırıcı sonra onu əvəzedici komandaya göndərmişdi.

Ehtimal olunurdu ki, ən azı yay fasiləsində hücumçu klubunu dəyişəcək. Münasib təkliflər də var idi. Amma birinə rayon klubudu deyib getmədi, digərinə də maaş problemini qabardıb "yox" dedi.

Yay fasiləsində istefaya göndərilən Abasovu Laurentsiya Regekampf əvəzlədi.

Rumıniyalı mütəxəssis də forvardın xidmətinə ehtiyac duymadı. Abbasov isə sayılmadığı yerdə qalmaq israrına davam elədi - 8 ay!

Bu işin başından ən münasibə qərar yetişdiyin klubla razılıq əldə edib yeni kluba keçmək idi. Millinin də üzvü olmuş futbolçu bu yolla həm də özünü yenidən isbatlama həvəsini göstərmiş olardı. Amma o klubun ziddinə gedib müqavilədəki maaşını aybay tələb etdi.

İtirən isə təbii ki, futbolçu özü oldu. Son rəsmi matçını ötən ilin dekabr ayında "Qəbələ"yə qarşı keçirən futbolçunun indiki halını təsəvvür etməyə gərək yoxdur.

"Ziyanın yarısından dönmək də xeyirdi" - deyiblər. Amma 27 yaşlı oyunçu ziyanın tamında geri addım atmış oldu. Gəl indi "Səbail"də xeyr tap da...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti