İdman direktoru Qurbanovu göndərib, onu vəzifəyə gətirməyə hazırlaşır

4 Sentyabr 2022 10:40 Səbail 3 677
İdman direktoru Qurbanovu göndərib, onu vəzifəyə gətirməyə hazırlaşır

Şahin Diniyevin «Kəpəz»lə müqavilə bağlamağa razılaşması, ardınca bundan imtina etməsi son günlərin əsas müzakirə mövzusu oldu.

Yaşar Vahabzadənin istefaya getməsiylə yeni baş məşqçi axtarışına çıxan Gəncə təmsilçisi AFFA-nın məsləhəti ilə Diniyevi görəvə gətirməyə hazır idi.

O, 2017-ci ilin payızında ayrıldığı qərb klubu ilə günlərcə danışıqlar aparmış, hətta öz korpusunu formalaşdırmağa başlamışdı.

Və bir də xəbər çıxdı ki, Diniyev «Kəpəz»ə dönüş variantını dəyərləndirmək istəməyib.

Nə oldu, pişikmi asqırdı? Əsla! AFFA-nın Məşqçilər Komitəsinin üzvü «Səbail»in sükanı arxasına keçməyə hazırlaşır. Bayıl klubunun rəsmiləri artıq onunla bu haqda ilkin fikir mübadiləsi aparıb.

Əsgər Abdullayev və Ramin Quliyevin namizədliyini gözdən keçirən «dənizçilər» Şahin Diniyevin üzərində dayanıb.

Açıq söyləmək lazımdır ki, Mahmud Qurbanovun «Səbail»də qalması real deyil. Mayda 2 illik müqaviləyə qol çəkən mütiəxəssislə klub funksionerləri arasında rabitə çox zəifdir.

İdman direktoru Fərəc Əliyev Premyer Liqanın ilk 4 turunda eyni sayda xal toplayan çalışdırıcının bir nömrəli əleyhdarına çevrilib.

Aftandil Hacıyevin görəvdən alınmasında «pay sahibi» olan F.Əliyev indi də Mahmud Qurbanovu vaxtından əvvəl yola salmağın planları üzərində işləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"