Kapitanla məşqçinin sözü düz gəlmədi, Qurbanov “sülhməramlı” oldu

3 Sentyabr 2022 23:40 Səbail 1 153
Kapitanla məşqçinin sözü düz gəlmədi, Qurbanov “sülhməramlı” oldu

“Səbail”də növbəti problem baş qaldırıb.

Bu dəfə hadisələrin mərkəzində dayanan futbolçu Rahid Əmirquliyevdir.

Kapitanı hədəfə gətirən olay məşqdə baş verib. Belə ki, yarımmüdafiəçi Mahmud Qurbanovun köməkçilərindən biri ilə problem yaşayıb.

Əmirquliyevin hazırlıq prosesinin gedişində baş məşqçinin yardımçısı ilə sözü çəp gəlib, yalnız Qurbanovun müdaxiləsindən sonra ara sakitləşib.

“Pro” kateqoriyalı mütəxəssis vaxilə “Xəzər Lənkəran”da komanda yoldaşı olmuş Rahidə öz iradını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti