Qurbanov əvvəlcə məşqdən kənarlaşdırdı, o da bu cür cavab verdi

31 Avqust 2022 21:00 Səbail 9 948
Qurbanov əvvəlcə məşqdən kənarlaşdırdı, o da bu cür cavab verdi

“Səbail” cari mövsüm Premyer Liqada ilk qələbəsini ötən tur qazandı.

Bu, dördüncü hesabat həftəsinə təsadüf etdi və “Kəpəz”lə matçda əldə olundu.

Mahmud Qurbanovun rəhbərliyi altında ilk 3 xalına sevinən komandanın heyətində Ağabala Ramazanovu xüsusi qeyr etməliyik.

Yayda “Zirə”dən “Səbail”ə qayıdan hücumçu iki qol vurmaqla yanaşı, məhsuldar ötürmə verməklə yadda qaldı.

Ramazanovla bağlı baş verən son hadisə, yəqin ki, hamını maraqlandıracaq. Demə, Qurbanov “Kəpəz”lə matçdan öncə Ağabalanı məşq prosesindən uzaqlaşdırıb.

Zədədən yenicə dönmüş forvardın hərəkətləri baş məşqçiyə xoş gəlməyib və onu cəzalandırıb.

Qurbanovun heç kimə və heç nəyə baxmadan ona da sərt üzünü göstərməsi yığmanın sabiq üzvünü sanki yuxudan oyadıb. Və qayıdışını dublla “yuyub”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti