Baş sponsor klub rəhbərliyini danladı: “Siz məni inandırdız ki...”

30 Avqust 2022 21:20 Səbail 1 505
Baş sponsor klub rəhbərliyini danladı: “Siz məni inandırdız ki...”

“Səbail” rəhbərliyi Aftandil Hacıyevlə yolları ayırmasına peşman olub.

“Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev bu haqda klubdaxili toplantıda danışıb.

“Dənizçiər”in bir nömrəli fiqurantı son 4 mövsümdə komandanı çalışdırmış və bu ilin mayında vəzifəsinədn kənarlaşdırılmış mütəxəssis haqda ona düzgün informasiya verilmədiyini bildirib.

Odur ki, R.Vəliyev klubun idman direktoru Fərəc Əliyev, İdarə Heyətinin sədri Əbdülqəni Nurməmmədov və İdarə Heyətinin üzvü İxtiyar Asyabi tənqid edib:

“Siz məni inandırdız ki, futbolçular Aftandil Hacıyevi istəmir, ona görə oynamırlar. Bəs nə oldu?

Baş məşqçini dəyişdik, komanda yenə oynamır. Belə olacağını bilsəydim, onunla müqavilənin pozulmasına razılıq verməzdim.

Mən “Səbail”in iddialı olmasını, Azərbaycan futboluna çox fayda verməsini istəyirəm. Bunun üçün nə lazımdır, etmişəm.

Nə deyilib, demişəm, qoy o da olsun, Elə bir problem qalmayıb ki, həll etməyək.

Aftandil Hacıyev özünə hörmət edən məşqçidir, yaxşı oğlandır.

O, öz işini normal görürdü. Amma gəlib mənə deyirdiz ki, futbolçularla yola getmir, komandada nizam-intizam yoxdur.

İndiki oyun və nəticələr məni qane etmir. Bütün bunlara görə mənə cavab verəcəksiz”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti