Paytaxt klubu növbəti futbolçu ilə yolları ayırdı

31 May 2022 18:50 Səbail 936
Paytaxt klubu növbəti futbolçu ilə yolları ayırdı

Daha bir futbolçu "Səbail"dən ayrılıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Elxan Əhmədovun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Səbail" daha əvvəl baş məşqçi Aftandil Hacıyev, Camal Araqo, Domantas Şimkus və Nikolas Raysellə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti