"Səbail"də "yarpaq tökümü" davam edr.
Baş məşqçi postuna Mahmud Qurbanovu gətirən Bayıl klubu islahatlara başlayıb.
Bunun nəticəsi olaraq, bütün legionerlər yola salınıb. Yerlilərdən də gedənlər az deyil, onlardan sonuncusu hələlik Cavid Tağıyevdir.
Vaxtilə "Qarabağ"ın formasını geyinmiş yarımmüdafiəçi "dənizçilər"lə vidalaşıb. AZAL, "Zirə", "Sumqayıt" kimi bir çox klubun şərəfini qorumuş Tovuz futbolunun yetirməsi "Səbail"lə müqaviləsini yeniləməyib.
SPORTİNFO.AZ

