Bakı klubu yeni transferlərə 2 milyon manat ayrıldı

30 May 2022 11:40 Səbail 2 214
Bakı klubu yeni transferlərə 2 milyon manat ayrıldı

“Səbail“in yay transfer bazarlığına ayırdığı vəsait məlum olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) baş sponsoru olduğu kluba yeni futbolçuların alınması üçün 2 milyon manat verib.

Növbəti mövsüm iddialı duruma gəlməyi planlaşdıran Bayıl klubu əsas himayədarından ümumiyyətlə 4,5-5 milyon civarında vəsait alacaq.

Baş məşqçi postuna Mahmud Qurbanovu gətirən “dənizçilər“ yalnız bu məbləğlə yola çıxmır. Klubun digər dəstəkçiləri də istər maddi, istərsə də digər təşkilati işlərdə öz yardımını göstərəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti