Qurbanovdan legionerlərlə bağlı SƏRT QƏRAR

28 May 2022 19:40 Səbail 1 678
Qurbanovdan legionerlərlə bağlı SƏRT QƏRAR

Mahmud Qurbanovla anlaşan "Səbail"də yeni komanda qurulması yolunda işlərə aktiv start verilib.

Gənc mütəxəssis hazırda komandada yerli futbolçulardan özünə lazım olanların siyahısın hazırlayıb və həmin oyunçularla danışıqları davam etdirir.

Əcnəbilərlə bağlı durum isə tam fərqlidir. Belə ki, yeni çalışdırıcı müqaviləsi bitən bütün əcnəbilərlə yolların ayrılmasına qərar verib.

Yox, bu, heç də yeni mövsüm bayıl təmsilçisinin legionersiz oynaması anlamına gəlmir.

Belə ki, rəhbərliklə razılıq əldən edən yeni çalışdırıcı yola salınan legionerlərin əvəzinə özü tanıdığı, istədiyi əcnəbiləri dəvət edəcək.

Bu prosesə isə yerlilərlə bağlı danışıqlar başa çatandan sonra start veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti