"Səbail"in yeni baş məşqçisi bu gün bəlli olub.
Xəbər verdiyimiz kimi, Bayıl təmsilçisi "Neftçi-2"yə rəhbərlik edən Mahmud Qurbanova tapşırılıb.
49 yaşlı mütəxəssis "ağ-qaralar"la müqaviləni qarşılıqlı razılıq əsasında pozub və "dənizçilər"in sükanı arxasına keçib.
"Səbail"də 3 gün öncə istefaya göndərilən Aftandil Hacıyevi əvəzləyən Mahmud Qurbanovla 2 illik kontrakt imzalanıb.
Onun qarşısına avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparmaq məqsədi qoyulub.
“Dənizçilər“ bunun üçün büdcə artımına gedib. Transfer siyasəti də daxil olmaqla, komanda ilə bağlı məsələlərdə bütün səlahiyyətlər ona verilib.
SPORTİNFO.AZ

