Daha 1 il postunda qaldı, minimum 7-8 legioner istədi

19 May 2022 14:40 Səbail 1 142
Daha 1 il postunda qaldı, minimum 7-8 legioner istədi

«Səbail»lə müqavilə müddətini 1 il uzadan Aftandil Hacıyev klub rəhbərliyini yeni istəyi ilə tanış edib.

2018-ci ilin yayından etibarən Bayıl təmsilçisində çalışan mütəxəssis sərəncamında minimum 7-8 legioner görmək istədiyini açıqlayıb.

O, hazırda düşərgədə yer alan əcnəbilərin iddialı komanda qurmağa kifayət etmədiyini bildirib.

Hacıyev qeyd edib ki, güclü kollektiv formalaşdırmaq üçün ciddi islahatların aparılması vacibdir və buna ilk növbədə nisbətən səviyyəli legionerlərin gətirilməsi ilə nail olmaq mümkündür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı