Baş sponsor Premier Liqa klubundan nə istədiyini açıqladı

12 May 2022 16:00 Səbail 1 400
Baş sponsor Premier Liqa klubundan nə istədiyini açıqladı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev baş sponsoru olduqları “Səbail”in rəhbərliyi ilə görüşüb.

Toplantı klubun hazırkı durumuna həsr olunub.

Problemlər barədə məlumat alan R.Vəliyev onların təcili həllinə dair müvafiq tapşırıqlar verib.

ASCO-nun birinci şəxsi bildrib ki, “Səbail” ilə bağlı planları böyükdür və məqsədi ölkənin futbol həyatına xidmət etməkdir. O, əsas komandadan gələn mövsüm Premyer Liqada uğurlu çıxış gözlədiyini söyləyib.

İdarə Heyətinin sədri bunun üçün büdcəni artıracaqlarını qeyd eləyib və görüləcək işlər haqda ona tədbirlər planı təqdim olunmasını istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti