“Biz hələ bilmirik ki, gələn mövsüm neçə legioner gətirməyimizə icazə veriləcək”

6 May 2022 17:40 Səbail 1 132
“Biz hələ bilmirik ki, gələn mövsüm neçə legioner gətirməyimizə icazə veriləcək”

“Hələ komandada kimlərin qalıb, kimlərin gedəcəyi bəlli deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Klubun transfer gündəmi haqda danışan mütəxəssis əsas heyətin özəyini qorumaq istədiklərini bildirib:

“Düzdür, komandanın əsasını təşkil edən futbolçuları saxlamaq istəyirəm. amma bugünə kimi heç bir futbolçuya yeni müqavilə təklif etməmişik.

Çünki növbəti mövsüm kluba nə qədər büdcə ayrılacağı dəqiqləşməyib. Maaş fondunu bilənə kimi gözləmək lazım gələcək.

Biz hələ bilmirik ki, gələn mövsüm neçə legioner gətirməyimizə icazə veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"