Ortalığa pul gəldi, işi yüngülləşdi

4 May 2022 21:00 Səbail 652
Ortalığa pul gəldi, işi yüngülləşdi

Mükafat futbolun bir nömrəli stimuludur.

Futbolçuya nə qədər maaş verirsən ver, ənamı qabaqcadan ona elan eləməsən, meydanda ayağının birini sürüyəcək, qələbə naminə butsının altına başını qoymayacaq.

Budur, «Səbail» gözümüzün qarşısındadır. 15 tur sonra «Qəbələ»ni 3:0 uddular, tərləri soyumamış 1500 manatı stolun üzərində gördülər.

Axırda gedən komandanın futbolçusu üçün bu məbləğ bilirsiz nə deməkdir? Həyat, eşq, məhəbbət!

Sponsorun geri dönüşü «Səbail»in «ikinci nəfəs»ini açıb. Pul-para ölü komandanı necə dirildərmiş…

Bilirlər ki, indi «mani-mani» var, başlayıblar az qala meydançanın otunu yeməyə. Şamaxıda qazon süni olsa da, sərt mübarizədən yayınmadılar, hər topa «girdilər».

«Səbail»i biz bu cür Nuh əyyamında görmüşdük. Bu münasibətlə Aftandil Hacıyevi təbrik edirik.

Pulun ortalığa gəlməsi ilə onun da işi xeyli yüngülləşib. Özünün də inanmadığı şirin vədlər verməkdən yorulmuşdu ta!

Daha motivasiya üçün başqa vasitə axtarmır. Qazanılan 1 xalın istisi bənizindən hiss olunurdu, gözləri gülürdü.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti