Paytaxt klubunda ayrılıq

4 May 2022 17:00 Səbail 852
Paytaxt klubunda ayrılıq

2021-2022 mövsümü sona çatmamış "Səbail"də ilk ayrılıq gerçəkləşib.

Bu, heç də komandanın hər hansı futbolçusu yox, rəsmi şəxsidir.

Belə ki, komandanın mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova işindən ayrılıb.

O, təxminən iki il əvvəl bu vəzifəyə təyinat almışdı.

Boş qalan presse-ateşe postuna kimin təyinat alacağı isə hələ sual olaraq qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti