“Tək mənim yeni müqavilə bağlamağımla hər şey həll olunmur”

2 May 2022 20:00 Səbail 601
“Tək mənim yeni müqavilə bağlamağımla hər şey həll olunmur”

“Klubun növbəti planları ilə bağlı müzakirələr davam edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, müqavilə müddətinin uzadılması ilə əlaqəlı rəhbərlikdən aldığı təklifin qüvvədə qaldığını bildirib:

“Əvvəl də sizin sayta bildirmişdim ki, burada mənim üçün vacib məsələ klubun hansı vəziyyətdə olmasıdır. Birinci buna aydınlıq gəlməlidir.

Danışıqlar gedir və mən hiss edirəm ki, növbəti mövsüm fərqli “Səbail” görəcəyik. Ən azından indikindən yaxşı komanda formalaşdırmaq üzərində iş gedir.

Sponsorlar klubun gündəlik fəaliyyəti ilə yaxından maraqlanır. Tək mənim yeni müqavilə bağlamağımla hər şey həll olunmur.

Gərək mən bilim ki, köməkçilərim və futbolçularımın məsələsi necə həllini tapacaq. Hazırda rəhbərliklə bütün bunları müzakirə edirik. Danışıqların yaxşı getdiyini deyə bilərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!