Paytaxt klubuna artan diqqət ona səbəb oldu ki…

25 Aprel 2022 23:20 Səbail 626
Paytaxt klubuna artan diqqət ona səbəb oldu ki…

"Səbail" kasad heyətinə rəğmən mövsümün sonuna yaxın sanki komandada "ikinci nəfəs" açılıb.

"Qəbələ" üzərində qələbə qazanan (3-1) kollektiv ardınca "Zirə"yə qarşı yaxşı mübarizə aparmağı bacarmışdı.

1-2 məğlubiyyətə rəğmən Aftandil Hacıyevin yetirmələri kifayətə qədər dirəniş göstərə bilmişdi.

Dünən isə bayıl təmsilçisi son çempion "Neftçi"nin əsəbləri ilə oynamağı bacardı. Sona 19 dəqiqə qalmış braziliyalı Tiaqo Bezerranın fərdi ustalığı sayəsində vurduğu baxımlı qol meydan sahiblərinin ən azı bir xal qazanmaq perespektivini puç etmiş oldu.

Amma "Səbail" güclü rəqibi ilə müqayisədə meydanda həm yaxşı görünən tərəf idi, həm də daha çox real qol epizodları onların payında idi.

"Səbail"in sona yaxın belə "dirilməsi" heç də təsadüf deyil. Xəbər verdiyimiz kimi son vaxtlar rəhbərliyin kollektivə diqqəti çoxalıb. "Qəbələ" ilə oyunda tribunada yer alan rəsmilər qələbə müqabilindən yaxşı pul mükafatı ayırmağı da unutmamışdı.

Görünür, başverənlər ab-havaya yaxşı mənada böyük təsir edib. Hər halda növbəti dəfə pulun gücü özünü göstərmiş oldu deyə bilərik.

Düzdü, ən kasıb, problemli günlərində də Aftandil Hacıyevin komandası meydanda mübariz və nizamlı görünməyə çalışıb. Təbii ki, motivasiya, şəxsi hörmətə görə bunu uzun müddət qorumaq elə də asan deyil. Hər nə qədər istəməsən də maaş gecikəndə, mükafat olmayanda futbolçu sınıxır, baş məşqçinin əl-qolu bağlanır.

Amma indi elə deyilmiş kimi görünür. Hacıyev daha sərt şəkildə tələb edir, irad bildirir və futbolçular da yaxşı nəticə üçün potensialını maksimum meydanda qoymağa çalışır. Təbii ki, artan diqqətin, göstərilən mükafatın, vaxtında verilən maaşların hesabına.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!