Baş məşqçi öz dili ilə 2-3 futbolçu istədi – Əgər onlar da alınmasa…

19 Yanvar 13:20 Səbail 672
Baş məşqçi öz dili ilə 2-3 futbolçu istədi – Əgər onlar da alınmasa…

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Hacıyev, çempionatın növbəti mərhələsində hazır durumda olacaqlarını söyləyib:

“İki mərhələdən ibarət təlim-məşq toplanışına yanvarın 5-də “ASCO Arena”da başladıq. Yanvarın 10-dan isə toplanışın ikinci mərhələsinə “Dalğa Arena”da davam edirik.

İlk mərhələ futbolçuların fiziki durumunun yüksəlməsinə hesablanmışdısa, ikinci mərhələdə texniki-taktiki çalışmalara üstünlük verilib.

Yanvarın 21-i və 24-ü planlaşdırılmış daha iki oyun var. Təlim-məşq toplanışını yanvarın 24-ü başa vururuq. Çempionatın növbəti mərhələsində hazır durumda olacağıq”.

Aftandil Hacıyev bir neçə gün əvvəl karyerasını bitirən qapıçı Kamran Ağayevlə bağlı fikirlərini bildirib:

“Kamran Ağayevin bir il yarım bundan öncə futboldan kənar qalmasına razı deyildik. Onun hələ də futbolumuza qatqısı olacağını düşünürdük.

Uzun prosesdən sonra geri qayıtmağı bacardı. Lakin, Kamranın karyerasını bitirmə qərarı bizim üçün gözlənilməz oldu.

Davam etdiyi yolda ona uğurlar arzulayırıq. Bilirsiniz ki, qış fasiləsində oyunçu tapmaq çətindir. Xüsusilə də, hazırda qapıçı mövqeyi üçün sərbəst futbolçu yoxdur.

Bundan sonra heyətimizi yerli futbolçular ilə gücləndirmək istəyirik. Bizim komandaya güc qata biləcək 2-3 futbolçu cəlb etməyi düşünürük.

İstədiyimiz futbolçular hazırda qış fasiləsində sərbəst olmadığına görə ola bilər ki, çempionatı əlimizdə olan heyətlə davam edək”.

Digər Xəbərlər
Xəbər Lenti