Qanalı müdafiəçi nə vaxt qayıdır? - paytaxt klubunda

21 Sentyabr 2021 23:20 Səbail 784
Qanalı müdafiəçi nə vaxt qayıdır? - paytaxt klubunda

"Səbail"in zədəli müdafiəçisi Camal Aranqondan xəbər var.

Sportinfo.az-ın məlumatına görə, qanalı oyunçu artıq özünü yaxşı hiss edir. Onu qarşıdakı turlar meydanda görə bilərik.

Əslində 29 yaşlı oyunçu son tur "Qəbələ" səfərinə də aparılmışdı. Amma zədəsi tam sağalmadığı üçün görünür Aftandil Hacıyev riskə getmək istəməyib.

Aranqo yay fasiləsində "Səbail"ə qoşulub. Meydana çıxdığı ilk iki turda əcnəbi müdafiəçi özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

"Səbail" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Zirə"ni qəbul edəcək

Digər Xəbərlər
Xəbər Lenti