 
            Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə məşqçi Dejuan Bleyk "Instagram" hesabında video paylaşıb.
"Hə, Floyd! İndi döyüşməliyik. Mənim 27-mə qarşı sənin 50 qələbən. Məğlub olmayan iki adam. Hə, niyə də olmasın?
Meşədə sadəcə bir kral var. O da əlbəttə ki, mənəm. Çünki sən Makqreqoru rinqə sala bilmədin, amma mən bunu asanlıqla bacardım", - deyə Həbib amerikalı boksçuya səslənib.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                            .jpg) 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            