Azərbaycan sumoçuları beynəlxalq yarışda iştirak edəcəklər

2 İyul 2019 00:10 Sambo 730
Azərbaycan sumoçuları beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan sumoçuları iyulun 6-da Gürcüstanın Batumi şəhərində start götürəcək “Kokkai Open Cup 2019”da iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, Avropa Sumo Federasiyası və Gürcüstan Milli Sumo Federasiyasının birgə təşkil edəcəkləri yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Rusiya, Polşa, Macarıstan və Hindistan idmançıları mübarizə aparacaqlar.

Yarış Batumi İdman Sarayında baş tutacaq. Gürcüstanın Milli Sumo Federasiyasından bildirilib ki, 2021-ci ildə Batumi sumo üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.

Xəbər Lenti