Döşək üzərindən... - FOTO

2 İyul 2019 11:00 Sambo 799
Döşək üzərindən... - FOTO

Avropa Oyunlarının ilk əsas medal günü – iyunun 22-də idmanımızın uğur sorağında payı olacağı gözlənilən samboçular bir anlıq şübhə toxumu səpsələr də, döşəkdən fəxri kürsüyə qədər yol keçə bildilər.

Əvvəlcə komandamızın liderlərindən Emil Həsənov 68 kq çəki dərəcəsində mübarizəyə rumın Laslo Jolt Joke ilə tutaşmada effektli qələbə ilə başladı.

Görüş boyu üstünlüyünü artıran pəhləvanımız 6:3 hesabı ilə qalib gəldi. Yarımfinalda Emil güclü gürcü rəqibi Mindia Liluaşvili ilə bərabər və gərgin rəqabətdə məğlub oldu, yalnız 3-cü yer uğrunda mübarizəyə şansı qaldı və o, fürsəti qaçırmadı.

Bolqar Martin İvanovu elə ilk dəqiqədə effektli ağrıverici fəndlə məğlub edən Emilin təsəllisi "bürünc" oldu.

Mübarizəyə ev sahibi Vladislav Burdzla görüşdə məğlubiyyətlə başlayan Mehman Xəlilov 57 kq çəki dərəcəsindəki sonrakı döyüşdə özünü doğrultdu.

Ermənistanlı Maksim Manukyanla görüşə bir qədər ehtiyatlı başlayan təmsilçimiz iki xəbərdarlıqla hesabda geri düqməsi, rəqibin qazandığı yeganə xal oldu.

Ardınca ermənistanlı idmançı da eyni qayda ilə xal itirdikdən sonra əvvəlcə 2, sonra 4 xallıq fəndlərə düşdü. Növbəti 2 xalla görüş böyük üstünlük səbəbilə idmançımızın xeyrinə və bürünc medalla başa çatdı.

İyunun 23-də daha bir medal ümidimiz döşək üzərinə çıxdı. İki görüşdə litvalı Gintaras Katkusa və ev sahibi Maksim Krasinskiyə şans vermədən qalib gələn Ağasif Səmədov 52 kq çəki dərəcəsinin finalında ermənsitanlı Tiqran Kirakosyanla üz-üzə gəldi.

Gərgin keçən rəqabətdə idmançımız məğlub olaraq, gümüş medal qazandı. Samboçular Avropa Oyunlarının ilk iki medallı yarış günündə qazandıqları 3 medalla Vətənə döndülər.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”