Azərbaycanın ən güclü samboçuları müəyyənləşdi

16 Fevral 2020 15:05 Sambo 955
Azərbaycanın ən güclü samboçuları müəyyənləşdi

Bakı İdman Sarayında keçirilən kişilər arasında sambo üzrə ölkə çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Şirin Cavadzadə (90 kq), Nizami Məmmədov (100 kq), Vasif Səfərbəyov (+100 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər.

Qeyd edək ki, fevralın 13-də yeniyetmə, fevralın 14-də isə gənc samboçular arasında Azərbaycan birinciliklərinin qalibləri müəyyənləşib.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Xəbər Lenti