Stadnik Azərbaycandan bu FOTOnu paylaşdı

28 Fevral 2022 13:20 Sambo 1 042
Stadnik Azərbaycandan bu FOTOnu paylaşdı

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik instaqram hesabında yeni paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!