Millimiz dünya çempionatından imtina etdi

4 Noyabr 2020 23:40 Sambo 795
Millimiz dünya çempionatından imtina etdi

Sambo üzrə Azərbaycan milli komandası Serbiyanın Novi-Sad şəhərindəki dünya çempionatında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a yığmanın baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib.

Mütəxəssis bildirib ki, səbəb onlara dəvətin gec gəlməsidir: "Yarışın vaxtı bir dəfə dəyişdirildi, növbəti əsasnaməni bizə gec göndərdilər. Vizalar, aviareys və digər məsələlərlə bağlı az vaxtımız qaldı. İştirakla bağlı təklif bizə gec gəldi və bu səbəbdən, yarışa qatıla bilmədik".

Hacıyev bildirib ki, mundial öncəsi hazırlıq səviyyələri koronavirus pandemiyasına görə istədikləri kimi olmayıb: "Məşqlər təbii ki, açıq havada olurdu. Əsasnamə vaxtında gəlmədi, bizim isə vaxtımız az idi.

Dünya çempionartı yeniyetmələr, gənclər və böyüklər arasında olacaq. Baxdıq ki, vaxt baxımından heç cür çatdıra bilmirik. Bu il Rusiyadakı Avropa çempionatı da ləğv edildi.

Növbəti hansı yarışa qatılacağımızı hələ bilmirik. Hər şeydən öncə Vətənimizdir. Cəbhədə qələbə qazanaq, elə bilək ki, bizim idmançılar qızıl medal qazanıblar. İdman hazırda elə də önəmli deyil".

5-8 noyabrda Serbiyanın Novi-Sad şəhərində keçiriləcək dünya çempionatında 30 ölkənin 400-dən çox samboçusu qatılacaq.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!