Azərbaycan klubunda daha bir XOŞAGƏLMƏZ HADİSƏ!

28 Noyabr 2020 14:40 Sabah 1 096
Azərbaycan klubunda daha bir XOŞAGƏLMƏZ HADİSƏ!

"Hələ koronavirus testlərinin nəticələrini gözləyirik. Sabahadək bütün cavabları alacağıq.

Özünü yaxşı hiss etməyən futbolçular var. Amma testin cavabı çıxmamış bunun koronavirusla bağlı olduğunu deyə bilmərik. Gözləmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"la keçirəcəkləri matçdan öncə deyib.

39 yaşlı mütəxəssis mövcud durumda Ağdam təmsilçisi ilə görüş barədə danışa bilməyəcəyini söyləyib: "Belə vəziyyətdə bizi daha çox oyunçuların sağlamlığı düşündürür. Hansısa matç haqqında danışmaq çətindir".

Hacıyev "Qarabağ"la qarşılaşmanın təxirə salınma ehtimalını istisna etməyib: "Heyətimiz geniş deyil. Testlərin cavabından çox şey asılıdır. Nəticələri gözləmək lazımdır.

Nəzərə almalıyıq ki, əvəzedici komandamız da yoxdur. Bu səbəbdən, mütləq oyuna çıxacağımızı demək çətindir. Bəzi futbolçuların cavablarını almışıq, neqativdir. Digərlərini isə gözləyirik" (report).

Noyabrın 29-da keçirilməli olan "Səbail" - "Qarabağ" matçının saat 16:00-da başlaması nəzərdə tutulur. Daha əvvəl "Səbail"də bir neçə futbolçunun koronavirus testi müsbət çıxıb.

Bu komandalar arasında ilk dövrdəki görüş Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Oyun 2021-ci il fevralın 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti