"Sabah" bütün bunları diqqətdə saxlasın - "Makkabi"də nə baş verir?

18 İyul 2024 03:50 Sabah 1 268
"Sabah" bütün bunları diqqətdə saxlasın - "Makkabi"də nə baş verir?

"Makkabi"(Hayfa) "Sabah"la Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları öncəsi heyətlə bağlı problemləri həll etməyə çalışır.

Sportinfo.az "ONE" portalına istinadən xəbər verir ki, "Sabah"la matçlarda komandanın baş məşqçisi Barak Baxarın müdafiənin mərkəzində yeni gələn Aleksandr Sirotanın xidmətindən istifadə edəcəyi gözlənilir.

Buna səbəb seneqallı mərkəz müdafiəçisi Abdoulaye Sekin hələ də "Makkabi"nin sıralarına qoşulmamasıdır. Onun tam hazır vəziyyətə düşməsi üçün vaxt lazımdır.

Eyni zamanda, "Sabah"la matçlarda İsrail klubunu maraqlandıran əsas suallardan biri də müdafiənin sağ cinahıdır.

"Makkabi"nin çalışdırıcısı zədəsini yeni sağaldan Dolev Hazizlə, yoldaşlıq görüşlərində start heyətində meydana çıxmış Maor Qandil arasında seçim edəcək.

"Sabah" - "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”