"Sabah"da müqaviləsi bitənlərlə bağlı mühüm qərar

1 İyun 2020 16:00 Sabah 832
"Sabah"da müqaviləsi bitənlərlə bağlı mühüm qərar

Sabah”da müqaviləsi bitən futbolçuların taleyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, müqavilə müddəti bitən 6 futbolçu ən azı mövsümün sonuna qədər komandada qalacaq.

Bunlar qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Kərim Diniyev, Məqsəd İsayev, yarımmüdafiəçi Vadim Abdullayev və hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodriqezdir.

Xatırladaq ki, koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti