Məşhur sima Premyer Liqa klubuna məşqçi kimi dönəcək? - VİDEO

25 Aprel 2020 12:45 Sabah 668
Məşhur sima Premyer Liqa klubuna məşqçi kimi dönəcək? - VİDEO

Dünən "Sabah" futbolçusu Marko Deviçlə bağlı açıqlama yayıb.

Bildirilib ki, ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib.

O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi vurğulanıb.

Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olub ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın.

Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Klub Marko Deviçə verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub.

Sportinfo.az-ın məlumatına görə, Deviçin yayda "Sabah"a dönmək ehtimalı var.

Bu dəfə baş məşqçi Jelko Sopiçin əsas köməkçisi, ya da seleksiyaçı məşqçi kimi işə başlaması gözlənilir. O, bir müddət əvvəl Kiyevdə "Pro" kateqoriyalı kursa yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti