"Sabah"ın legioneri: "Panikaya düşmürəm, amma..."

13 Aprel 2020 17:24 Sabah 492
"Sabah"ın legioneri: "Panikaya düşmürəm, amma..."

"Günümü evdə ailəmlə birlikdə keçirir, sağlamlığımı qorumaq üçün kiçik məşqlər etməyə çalışıram.

Məşqçilərin verdiyi plan üzrə də çalışmalar yerinə yetirirəm. Boş vaxtlarımda ən çox filmlərə baxıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Sabah"ın futbolçusu Kevin Kubemba deyib.

27 yaşlı hücumçu koronavirusa görə panikaya düşmədiyini bildirib: "Hazırkı vəziyyətə görə panikaya düşmürəm, sadəcə, diqqətli olmalıyıq. Hökümətin bizə verdiyi bütün tapşırıqlara əməl etməliyik".

Fransalı oyunçu ölkəsində koronavirusa yoluxanların sayının çoxluğundan xəbərdar olduğunu sözlərinə əlavə edib: "Bunun niyə belə olduğunu bilmirəm. Hələ ki, tanıdığım insanlardan bu xəstəliyə yoluxan olmayıb. Ümid edək ki, hər şey yaxşı olacaq".

Kubemba artıq zədəsini sağaltdığını vurğulayıb: "Karantin elan olunmamışdan öncə komanda ilə birlikdə məşqlərə başlamışdım. Lakin oyuna çıxacaq səviyyədə tam formaya düşməmişdim".

Kevin Kubemba 2019-cu ilin yayında "Sabah"la 2 illik müqavilə imzalayıb. Azərbaycan Premyer Liqası koronavirusa görə dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!