
"Sabah"ın ыукишнфдж müdafiəçisi Filip İvanoviç Sportinfo.az-a müsahibə verib
- Koronavirusa görə, sevdiyin peşədən uzaq qalmaq necə hisdir?
- Vəziyyət çətindir, heç kim evində məhdudlaşdırılmağına sevinmir. Maneələrlə dolu bir həyatdır. Мirusu məğlub edəcəyik və sonra normal həyatımıza qayıdacağıq.
- Fasilədən istifadə edib, vaxtını daha çox sərf etdiyin xüsusi nəsə var?
- Əvvəllər etmədiyim xüsusi bir şey yoxdur. Sadəcə, hər vəziyyətdə müsbət olmalı və gözəl şeylər düşünmək lazımdır. İndi ailəmlə daha çox vaxt keçirirəm.
- Bəzi insanlar hələ də baş verənlərə qeyri-ciddi yanaşır. Bəs sən necə?
- Bu vəziyyətin əhəmiyyətini nə qədər tez başa düşsək, bir o qədər tez bitəcək . Deyilənlərə qulaq assaq, tədbirlərə hörmət etsək heç bir problemimiz olmayacaqdır.
- Yəqin ki, davamlı olaraq ölkənlə əlaqə saxlayırsan. Orda vəziyyət necədir?
- Çox sayda insanın da virusa yoluxduğu ölkəmdəki vəziyyəti izləyirəm. Fövqəladə vəziyyət elan edildi, ən yüksək tədbirlər görüldü. Ümid edirəm ki, pis nəticələr olmayacaqdır
- Artıq Belçikada çempionatın qalan dövrü ləğv edilib. Bu barədə sən nə düşünürsən?
- Belçika çempionatının başa çatdığını eşitdim. Sadəcə, başa düşməlisiniz ki, futbol federasiyalarında olanların işi asan deyil. Hər kəsin sağlamlığı birinci yerdədir və vəziyyətdən asılı olaraq qərarlar qəbul ediləcək. Hamımız çempionatı başa vuracağımıza ümid edirik. Hər halda futbol assosiasiyasının qərarlarına hörmət edilməlidir.
- Fasilə müddətinin daha çox uzanmaq ehtimalı yüksəkdir. Belə olarsa qalan turlar ən yaxşı halda 3-4 günlük fasilələrlə keçiriləcək. Belə ağır qrafiklə oynamaq çətinlik yaratmayacaq?
- Biz peşəkarlar hər şeyə hazır olmalıyıq . 7 gündə 2 oyun oynamaqda heç bir problem yoxdur. Рər şey normal vəziyyətə gələndə, oyunçulara inmkan yaratmaq lazımdır ki, qarşıdakı oyunlar hazır olsunlar. O zamana qədər ümid edirəm ki, Serbiya, Azərbaycan və dünyanın qalan hissəsi bu görünməz rəqiblə mübarizədə müsbət nəticələr qazanacaqlar.