Bizimkilər axışıb gəlir - "Sabah" Budapeştdə özünü evdəki kimi hiss edəcək

25 İyul 2024 14:40 Sabah 1 790
Bizimkilər axışıb gəlir - "Sabah" Budapeştdə özünü evdəki kimi hiss edəcək

Konfrans Liqasındakı təmsilçilərimizdən “Zirə”ylə “Sumqayıt” rəqiblərini doğma meydanda qəbul edəcək.

“Sabah” isə Macarıstanda nominal meydan sahibi Hayfa “Makkabi”sinin qonağı olacaq.

İndi əksəriyyəti maraqlandıran suallardan biri “tələbələr”in “Varkert” stadionunun tribunalarından dəstək görüb-görməyəcəyidir.

Oyun günü arenada 50-yə yaxın azərbaycanlı yerini tutacaq. Bakıdan Macarıstana yollananların sayı azlıq təşkil etsə də, paytaxt Budapeştdən və yaxın ölkələrdən gələnlərin sayı “Sabah”ın özünü evdəki kimi hiss etməsinə şərait yaradacaq.

Bu axşam keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?