"Şeydayevi oynatmaq böyük risk olar": "Sabah"ın baş məşqçisi

28 Fevral 2020 20:40 Sabah 887
"Şeydayevi oynatmaq böyük risk olar":

"Şeydayev komandaya yeni qoşulub. Başa düşməliyik ki, o, bizimlə uzun müddət məşq etməyib".

Sportinfo.az xəbər verir ki, bu sözləri "report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç komandanın yeni transferi Ramil Şeydayev haqqında danışarkən deyib.

Serbiyalı mütəxəssis bildirib ki, indiki məqamda 24 yaşlı hücumçunu oynatmaq böyük risk olar: "Çünki futbolçu uzun müddət komanda və topla məşq etməyəndə zədə ilə bağlı böyük problem olur.

O, hər an zədələnə və bərpa prosesi üçün uzun müddət tələb oluna bilər. Ramilə hələlik hər oyunda az-az şans verəcəyik. Tam hazır olduqdan sonra isə start heyətində meydana çıxacaq".

Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışan J.Sopiç moldovalı Yevgeni Koçukun qırmızı vərəqə almasından sonra meydanda vəziyyətin komandasının əleyhinə dəyişdiyini söləyib:

"Son 3 oyunda 7 xal qazanmışıq. Təəssüf ki, "Səbail"lə matçda qələbə qazana bilmədik. Amma buna görə məyus olmaq lazım deyil. Çünki 15-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra haradasa 80 dəqiqə azlıqda oynadıq.

Futbolçularımız topsuz qaldılar. Futboldan anlayanlar bilirlər ki, belə matçlarda 1 xal da pis nəticə deyil. Oyunun sonlarına doğru hər iki komandanın qol vurmaq üçün şansları olsa da, hesab dəyişmədi".

Digər Xəbərlər
Xəbər Lenti