"Sabah"ın "Kaysar"a qalibiyyəti - VİDEO

20 Yanvar 2020 00:42 Sabah 1 525
"Sabah"ın "Kaysar"a qalibiyyəti - VİDEO

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Jelko Sopiçin komandası Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gəlib. Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" bundan əvvəlki yoxlama matçlarında “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

"Sabah" - "Kaysar" - 3:1
Qollar:
Filip İvanoviç, 57. Ceyhun Nuriyev, 83. Mario Marina, 87
Türkiyə, Hüzeyn Aygün Futbol Mərkəzi

Digər Xəbərlər
Xəbər Lenti